Xəbər lenti

Səudiyyədə həcc ziyarətinə cəhd edən 17 mindən çox insan saxlanıldı
Dünya06:49 03.07.2023

Səudiyyədə həcc ziyarətinə cəhd edən 17 mindən çox insan saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanında rəsmilərin icazəsi olmadan həcc ziyarətinə cəhd edən 17 mindən çox insan saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xəbər Agentliyi İctimai Təhlükəsizlik Xidmətinin rəhbərinə istinadən məlumat yayıb.
Saxnlanılanların 9,5 min nəfərə yaxını yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozub. Bundan başqa, Səudiyyə Ərəbistanı hakimiyyəti zəvvarların Həcc ziyarətinə qeyri-qanuni daşınmasına görə 33 nəfəri həbs edib.
Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində illik Həcc mərasimi keçirilib. Orada iki milyondan çox insan iştirak edib. Bu il, koronavirus pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq, Səudiyyə Ərəbistanı hakimiyyəti 2020-ci ildən əvvəlki qədər insanın həcc ziyarətinə gəlməsinə icazə verib.
Nizami Bağırov