Xəbər lenti

Səudiyyədə itkin düşən prezident tapıldı
Dünya05:58 29.11.2018

Səudiyyədə itkin düşən prezident tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanında itkin düşən Qabon prezidenti Əli Bonqo tapılıb.
Qaynarinfo xəbər verir ki, ölkədə müalicə olunan prezident ötən gün Riyaddakı Kral Salman Hava Limanından istifadə edərək ölkəni tərk edib. Onun müalicəsini davam etdirmək məqsədilə Mərakeşin paytaxtı Rabata səfər etdiyi güman edilir.
Qeyd edək ki, Əli Bonqo 24 oktyabrda Gələcəyə İnvestisiya Təşəbbüsü Konfransında iştirak etmək üçün Səudiyyəyə səfər etmiş, o tarixdən sonra media qarşısına çıxmamışdı. Prezidentin öldüyü və ya iflic keçirdiyi iddia edilirdi. Daha sonra Bonqonun əməliyyatdan sonra komada olduğu açıqlanmışdı. 
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!