Səudiyyə Ərəbistanında baş qərargah rəisi və bir çox yüksək hərbi rütbəli şəxslər vəzifələrindən azad edilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Səudiyyə rəhbəri Kral Salman quru qoşunları və hərbi hava qüvvələrinin komandirlərini vəzifədən azad edərək onların yerinə yeni təyinatlar həyata keçirib. Baş qərargah rəisi general Əbdül Rəhman İbin Saleh Əl Bünyanın yerinə Fəyyad Əl Ruvayli təyin olunub.
Bundan əlavə, bir çox nazirlik daxilində də vəzifə dəyişikliyi edilib.
Qeyd edək ki, ötən ilin yay aylarında vəliəhd şahzadə Məhəmməd İbin Salmanın rəhbərliyi ilə ölkədə nəhəng anti-korrupsiya və rüşvətxorluq əleyhinə əməliyyat keçirilmiş, çox sayda vəzifəli şəxs, nazir və şahzadə həbs edilmişdi.
Səudiyyə Ərəbistanı hazırda Yəməndə İranla mübarizə şəraitindədir. Koalisiya qüvvələrinə rəhbərlik edən Səudiyyənin ən böyük hədəflərindən biri İranın dəstəklədiyi Husiləri ölkədən sıxışdırıb çıxarmaqdır.
Gülşən