Xəbər lenti

Səudiyyədə vəhşilik: qadın ictimai fəal və əri başı kəsilərək edam ediləcək
Dünya11:26 22.08.2018

Səudiyyədə vəhşilik: qadın ictimai fəal və əri başı kəsilərək edam ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanı ilk dəfə insan haqqları uğrunda mübarizə aparan ictimai fəal qadının edamına qərar verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qabaqcıl şiə fəallarından olan Əsra Əl Gamham 3 il əvvəl həyat yoldaşı ilə birlikdə həbs edilmişdi. Hər iki şəxsin ölümünə qərar verən məhkəmə onları başının kəsilərək edam edilməsini tövsiyyə edib.
İnsan Haqqları Müşahidə Təşkilatı qərarı vəhşilik adlandırıb və Gamhamın heç bir zorakılıq törətmədiyini bildirib.
Qeyd edək ki, Əsra Əl Gamham 2011-ci ildə Şərq Əyalətində nümayişləri başlatmaqda ittiham edilir. Son 1 ildə Səudiyyədə "Mülayim İslam" qaydaları tətbiq edilsə də, ölkədə hələ də siyasi partiya qurmaq və nümayiş keçirmək qadağandır.
Gülşən