Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbin Salman BMT baş katibi Antonio Quterreslə bir araya gəlib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, vəliəhd BMT-nin Yəmənə humanitar yardımını dəstəkləmək məqsədilə 930 milyon dollar təqdim edib. Görüşdən sonra Səudiyyə xarici işlər naziri Adil Əl Cübeyr suallara cavab verib. O, əlavə 70 milyon dollar yardımın edildiyini vurğulayıb. Cübeyr İranın Yəmənə müdaxiləsini də gündəmə gətirib və Husilər tərəfindən Səudiyyəyə atılan ballistik raketlərin İrana aid olduğunu iddia edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və İran Yaxın Şərqdə, xüsusilə Yəməndə liderlik uğrunda mübarizə vəziyyətindədirlər.
Gülşən