Səudiyyə Ərəbistanında daha bir tarixi qərar qəbul olunacaq.
Qaynarinfo xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salman ölkəni ziyarətə gələn xarici ölkə vətəndaşları olan qadınlar üçün baş bağlamaq məcburiyyətini ləğv edəcək. Baş örtüsü məcburi olmasa da, qadınlardan sadə geyinmək və bəzi qaydalara əməl etmək tələb olunacaq.
Qeyd edək ki, Səudiyyə ötən illərdə kinoteatr qadağası aradan qaldırılıb, qadınlara maşın idarə etmək, konsertlərə getmək, təkbaşına səyahət etmək hüququ verilib.
Gülşən