Səudiyyə Ərəbistanı Yaponiyadakı ticarət attaşesi vəzifəsinə Səmar Bint Mazin Saleh adlı qadını təyin edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı ticarət və investisiya naziri Məcid İbin Abdulla Əl Qasabi məlumat verib. Qərar nazirlikdə qadınların rolunu gücləndirmək məqsədi daşıyır.
Səmar Bint Mazin Saleh İngiltərənin "City University of London" təhsil müəssisəsində media və jurnalistika üzrə təhsil alıb.
Gülşən