Xəbər lenti

Dünya 13:45 23.11.2023

Seul Şimali Koreyanın casus peykinin buraxılmasında Rusiyanın əli olduğunu bildirir

Cənubi Koreya Şimali Koreyanın bu həftə kəşfiyyat peykini uğurla orbitə buraxmaq üçün Rusiyadan kömək aldığını bildirib.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın hakim Xalq hakimiyyəti Partiyasından parlamentin kəşfiyyat komitəsinin üzvü Yu Sanq-Bam deyib.

Çərşənbə axşamı casus peykinin buraxılması Şimali Koreyanın iki uğursuz buraxılışdan sonra üçüncü, lideri Kim Çen Inın sentyabrda Rusiyaya səfərindən sonra ilk cəhdi olub. Həmin səfər zamanı Rusiya prezidenti Vladimir Putin Pxenyana peyklərin yaradılmasına kömək edəcəyinə söz verib. 

"Liderlər arasında danışıqlardan sonra Şimali Koreya əvvəlki iki peyk buraxılışında istifadə edilən daşıyıcı raketlər haqqında məlumatı Rusiyaya göndərib və Rusiya məlumatların öz təhlilini təklif edib", deyə Yu Sanq-Bam bildirib. 

"Üçüncü buraxılışın müvəffəqiyyəti ilə bağlı Milli Kəşfiyyat Xidməti Rusiyadan kömək olduğunu qiymətləndirir", dseyə Yu Putinin Şimali Koreyaya raket daşıyıcısı ilə bağlı açıq şəkildə verdiyi vədinə, həmçinin Pxenyan və Moskva arasında məlumat mübadiləsinə istinad edərək qeyd edib.

Komitənin digər üzvü Yun Kun-Yun bildirib ki, peyk orbitə daxil olduğu üçün buraxılış uğurlu olub və Şimali Koreya gələn il daha çox peyk buraxıb nüvə sınağı keçirə bilər.

Qeyd edək ki, son buraxılış ABŞ və digər Qərb ölkələrinin qınağına səbəb olub və Cənubi Koreya Şimali Koreya ilə 2018-ci ildə imzalanmış hərbi paktın bir hissəsini dayandırıb.

Rusiya və Şimali Koreya silah ticarətini inkar edir, lakin hərbi əməkdaşlığı intensivləşdirməyə söz veriblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->