Xəbər lenti

Sevastopolu Rusiyanın paytaxtı elan etmək təklif olundu
Dünya14:50 16.03.2016

Sevastopolu Rusiyanın paytaxtı elan etmək təklif olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Siyasi İnfrastruktur Təhlilləri İnstitutunun direktorlar şurasının sədri Yevgeni Tunik Rusiyanın paytaxtının Moskvadan Sevastopola köçürülməsini təklif edib.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, bu ideya ilə baş nazir Dmitri Medvedev, Sevastopol qanunverici məclisinin spikeri Aleksey Çalom və şəhərin qubernatoru Sergey Menyayloya məktubla müraciət edib.

Politoloq hesab edir ki, paytaxtın köçürülməsi Sevastopolun statusuna Rusiyanın ayrılmaz hissəsi kimi xüsusi əhəmiyyət verəcək və Krımın Rusiya ərazisi kimi beynəlxalq aləmdə tanınmasını sürətləndirəcək.

Onun fikrincə, bu həm də Krım regionunun, Moskvanın və bütövlükdə ölkənin kompleks problemlərinin həlli üçün şans yaradacaq.

Qaynar.info