Xəbər lenti

Sevdiyi qızı başqasına verdilər, özünü asdı - Lerikdə
Ölkə07:27 15.08.2015

Sevdiyi qızı başqasına verdilər, özünü asdı - Lerikdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lerik rayonunda intihar hadisəsi baş verib.
Report-un məlumatına görə, rayonun Pirzəküçə kənd sakini, 1993-cü il təvəllüdlü Azər Babulla oğlu Nuriyev yaşadığı evin həyətindəki alma ağacından kəndirlə özünü asıb.
Hadisə səhər saatlarında baş verib. İntihara ilkin səbəb kimi A.Nuriyevin sevdiyi qızın başqası ilə nişanlanması göstərilir.
Hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Qaynar.info