Xəbər lenti

Sevdiyinə görə 305 kq arıqladı - FOTOLAR
Dünya07:30 25.09.2014

Sevdiyinə görə 305 kq arıqladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniyada yaşayan keçmiş poçtalyon Pol Meyson 305 kiloqram arıqlayıb. 

Anspress-in məlumatına görə, internetdə amerikalı qadınla tanış olana qədər onun çəkisi 445 kiloqram olub. 52 yaşlı Meyson 40 yaşlı Rebekka Mauntin ilə Facebook-da tanış olub. Keçmiş poçtalyonun sözlərinə görə, ağlına da gəlməzdi ki, onlar arasında romantik münasibətlər yarana bilər. Qadın ilk dəfə Meyson haqqında sənədli filmə baxandan sonra ona kömək etmək istəyini bildirib. 

Mauntin əvvəlcə Meysona ev işlərində köməkçi tapmaq istəyirdi. Amma onların ilk söhbəti 4,5 saat çəkdi. Bundan sonra onlar arasındakı dostluq münasibəti daha da böyüdü. Dostluq münasibətləri başqa, daha dərin hisslərlə əvəzləndi.

Meysonun sözlərinə görə, sevgilisi ilə tanışlığa qədər 445 kiloqram idi və hər gün 20 min kilokalori qəbul edirdi. Amma aşiq olandan sonra artıq çəkini atmağa qərar verib. Pol Meyson hazırda 135 kq çəkidədir. 

Meysonla canlı tanışlığı olmayan Mauntin Britaniyaya gəlmək istəyir. “Mən ömrümüzün qalan hissəsini birlikdə keçirməyimizi səbirsizliklə gözləyirəm”, - deyə Meyson bildirib.

Qaynar.info