Xəbər lenti

Severodonetsk faciəsi: Yüzlərlə mülki şəxs mühasirədə qalıb, onların təxliyyəsinə icazə verilmir
Dünya08:39 14.06.2022

Severodonetsk faciəsi: Yüzlərlə mülki şəxs mühasirədə qalıb, onların təxliyyəsinə icazə verilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya qoşunları bazar ertəsi Ukrayna qüvvələrini Severodonetsk şəhər mərkəzindən uzaqlaşdırsalar da, şəhəri tam ələ keçirə bilməyiblər. 
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Luqansk qubernatoru Severodonetskdəki vəziyyətin son dərəcə ağırlaşdırığını bildirib.
"Şəhərə hücum bir neçə gündür ki, davam edir. Düşmən çoxmərtəbəli binaları və sənaye obyektlərini artilleriya ilə dağıdıb”, deyə Sergey Hayday Telegram-da yazıb. O əlavə edib ki, hər gün insanlar öldürülür, lakin atəş altında onların cəsədlərini toplamaq mümkün olmur. 
Reuters isə Ukrayna rəsmisinə istinadla bildirib ki, Rusiya qüvvələri Severodonetsk şəhərinin  Ukraynanın nəzarətində olan ərazilərlə birləşdirən sonuncu körpünü dağıdıb. Bununla da vətəndaşların təxliyəsi üçün bütün marşrutları kəsib.
Hazırda şəhərin 70%-nin Rusiya qüvvələrinin nəzarətində olduğu bildirilir. Şəhərdəki körpünün dağıdılması ilə Severodonetskdə qalan bütün mülki şəxslər mühasirəyə düşüblər. Həmçinin şəhərə indi humanitar yardım gətirmək də mümkün deyil. Hazırda yüzlərlə mülki şəxsin Rusiya qüvvələri tərəfindən atəşə tutulan Azot kimya zavodunun ərazilərində sığındığı bildirilir. 
Separatçıların sözçüsü Eduard Basurin bildirib ki, Ukrayna qoşunları Severodonetskdə faktiki olaraq mühasirəyə alınıb. Onlar ya təslim olmalı, ya da ölməlidir.
Ukrayna Müdafiəsi üzrə Beynəlxalq Legionun sözçüsü Damien Maqrou isə Severdonetskdə vəziyyətin Mariupoldakı faciəni xatırlatdığını bildirib.
Volodimir Zelenski şərqi Donbas uğrunda döyüşün tarixə Avropanın ən qəddar döyüşlərindən biri kimi keçəcəyini deyib."Bizim üçün bu döyüşün bədəli çox ağırdır. Bu, sadəcə qorxuludur”, - deyə o bildirib. Zelenski deyib ki, Ukraynanın üstünlüyünü yalnız kifayət qədər müasir artilleriya təmin edə bilər. 
Ukrayna prezidentinin müşaviri Mixayılo Podolyak bildirib ki, Ukraynanın digər ağır silahlarla yanaşı 1000 haubitsa, 500 tank və 1000 pilotsuz təyyarəyə ehtiyacı var.
Nurlan