Hazırda Severodonetskdən 10 min insanı təxliyə etmək mümkün deyil.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bunu şəhər meri Oleksandr Stryuk
deyib.
Mer deyib ki, Ukrayna qüvvələri Severodonetsk şəhərindəki sənaye zonası və ona bitişik əraziləri hələ də qoruya bilir. "Vəziyyət çətin, lakin idarəolunandır”,- o deyib.
Oleksandr Stryuk Rusiyanın intensiv artilleriya atəşinə baxmayaraq, müdafiə xətlərinin saxlandığını deyib, ancaq bildirib ki, indi Severodonetskdən insanları evakuasiya etmək mümkün deyil.
Onun sözlərinə görə, hazırda Rusiyanın Ukraynaya hücumunun əsas mərkəzində olan şəhərdə 10 minə yaxın mülki şəxs qalıb.
Mer bildirib ki, Severodonetsk küçələrində hazırda döyüşlər şiddətlənib və Rusiya qüvvələri "müdafiə üçün istifadə oluna bilən hər şeyi” məhv edir.
Nurlan Hüseynov