Kaliforniya Universitetinin Berklidəki alimləri müəyyən ediblər ki, "sevgi hormonu" adlanan oksitosin həm də dostluq əlaqələrinin qurulmasında əhəmiyyətli rol oynayır.
Qaynarinfo xəbər verir ki, nəticələr "Current Biology" jurnalında dərc olunub.
Oksitosin – seks, doğuş, uşaq əmizdirmə və sosial qarşılıqlı əlaqələr zamanı beyində ifraz olunan neyromodulyatordur. O, bağlılıq, yaxınlıq hissi və etimadla əlaqələndirilir. Oksitosin ana ilə uşaq arasındakı psixoloji əlaqəyə cavabdehdir, tərəfdaş seçimində və cütlük formalaşmasında rol oynayır, empatiyanın olmasını müəyyən edir, həmçinin əxlaqi davranışa və liderliyə meyillilik yaradır.
Təcrübədə çəmənlik tarla siçanları (Microtus pennsylvanicus) istifadə edilib – möhkəm sosial bağlar quran və dostluq davranışı nümayiş etdirən, lakin soydaşları ilə yaxınlaşmaq üçün çox vaxt sərf edən gəmiricilər. Oksitosin reseptorlarından məhrum olan heyvanlarda dostluq qurmaq adi tarla siçanlarına nisbətən daha çox vaxt alıb. Eyni zamanda, bu cür siçanlar qrupun digər üzvlərinə daha az qayğı göstərirdi və onların yanında daha az vaxt keçiriiblər.
Sonrakı təcrübələrdə də oxşar nəticələr əldə edilib. Oksitosin reseptorları çatışmayan heyvanlarda potensial tərəfdaşla münasibət qurma prosesi iki dəfə daha yavaş gedir. Bundan əlavə, belə modifikasiya olunmuş gəmiricilər dostlarına daha az sıxılır. Həmçinin, onlar tanış və tanımadıq fərdlərlə təmasda həssaslıq və təcavüzkarlıq səviyyələrini zəif ayırd edirlər.
Müəlliflərin sözlərinə görə, oksitosin heyvanların ümumiyyətlə nə qədər ictimai olduğunu müəyyən etmir, lakin kiminlə ünsiyyət quracaqları barədə seçiciliyinə təsir edir. Bu hormonun çatışmazlığı dostluq münasibətlərinin qurulmasını ləngidir və yaşıdları ilə uzunmüddətli əlaqələrin möhkəmliyini azaldır.
Aydın
Şərhlər