Moskva zooparkında müxtəlif yaşları və maraqları olan insanlar üçün cığırlar şəbəkəsi yaradılacaq.
Rusiya mətbuatının verdiyi xəbərə görə, hər il 2 milyon insanın ziyarət etdiyi heyvanxanada artıq sevgililərin, uşaqların, heyvanların müxtəlif növlərindən zövq alan ziyarətçilərin öz cığırları olacaq.
Bu marşturlar zooparka səyahətə nəinki hansısa məna verəcək, həmçinin ziyarətçilərdə tam dolğun təəssürat yaradacaq, onlar tez-tez zooparka baş çəkmək istəyəcəklər.
Marşrutlar kartların üzərindəki instruksiya ilə göstəriləcək. Məsələn, quşları və yaxud Afrika heyvanlarını, ya da ekzotik vəhşiləri görmək üçün kartda ətraflı yazılacaq. Sevgililər üçün marşrutlarda tutuquşular, durnalar, insanabənzər meymunlar olacaq. Onların hamısı övladlarının qayğısına qalan qayğıkeş valideynlərdir.