ABŞ-ın Vaşinqton əyalətində yaşayan 51 yaşlı Donna Lange adam öldürməkdə təqsirləndirilir.
ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, 88 kiloqram ağırlığı olan qadın özündən zəif olan sevgilisini döşləriylə boğub öldürməkdə günahlandırılır. Polis hadisə yerinə gələndə, qadını sevgilisinin üstündə, yuxulu vəziyyətdə tapıb.
Hadisə şahidlərinin sözlərinə görə isə, qadın sevgilisini qəsdən öldürüb, səbəb isə, həmin şəxsin qadından ayrılmaq istəyidir.
Ağır şəkildə sərxoş olan qadının üzündə yaralar olduğu aşkarlanıb. Lange isə sevgilisinin necə öldüyündən xəbərsiz olduğunu bildirib.