Xəbər lenti

Sevgilisinin öpüşü ölümünə səbəb oldu
Dünya09:21 23.11.2017

Sevgilisinin öpüşü ölümünə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da həbsxanada olan məhkum içəriyə narkotik vasitə keçirmək üçün qəribə metoddan istifadə edib və dünyasını dəyişib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Oreqon ştatında qaynanasını öldürdüyü üçün ömürlük həbsə məhkum edilən Antoni Pauel sevgilisi Melissa Ann Bleyr tərəfindən ziyarət edilib. Görüş zamanı cütlük öpüşüb və Melissa ağzında gizlətdiyi 7 ədəd metamfetamin adlı narkotik vasitə ilə dolu torpacığı Antoniyə ötürüb. Torpacıqları udan məhkum qısa müddət sonra dünyasını dəyişib. Hadisədən sonra məlum olub ki, narkotik vasitə ilə dolu paketin 2-si Antoninin mədəsində partlayıb və o zəhərlənərək dünyasını dəyişib.
Qeyd edək ki, Melissa Ann Bleyr həbsxanaya narkotik soxmağa cəhd etdiyi üçün 2 il müddətinə azadlıqdan məhrum edilib. 46 yaşlı qadın həbsxanadan sonra 3 il müddətinə narkotik və psixoloji müalicə alacaq.
Gülşən