Xəbər lenti

Sevginin gücü: sevgilisinə qovuşmaq üçün 100 km yolu velosipedlə getdi
Dünya16:02 01.05.2020

Sevginin gücü: sevgilisinə qovuşmaq üçün 100 km yolu velosipedlə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın Uttar Pradeş əyalətində koronavirus səbəbindən toyu təxirə salınan 23 yaşlı gənc qonşu vilayətdə qalan sevgilisinə qovuşmaq üçün 100 kilometr yolu velosipedlə gedib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, cütlük diqqət çəkməmək üçün gündəlik geyimdə nikah bağlayıblar. Bu şəkildə evlənəcəyini xəyalına belə gətirmədiyini deyən bəy anası xəstə olduğu üçün toyu təxirə sala bilmədiyini söyləyib.
"Ayaqlarımın bu qədər ağrıyacağını düşünməmişdi. Yata bilmək üçün dərman içmək məcburiyyətində qaldım".
Belə çətinlikdə gələn bəy geri qayıdanda gəlini də özü ilə apararaq, işini bir az da çətinləşdirib.
Camal