
Bu gün tanımış jurnalist "Azərbaycan saatı" TV proqramının aparıcısı və "Azadlıq" qəzetinin redaktoru Seymur Həzinin həbsindən bir il ötür.
Qaynar.info Seymur Həzinin həyat yolunu oxuculara təqdim edir.
Seymur Həzi 1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 1999-cu ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi alıb. AMEA-nın Fəlsəfə İnstitutunun aspirantıdır. 2000-ci ildən AXCP-nin üzvü, 2005-ci ildən partiyanın Gənclər Təşkilatının sədridir. "Azadlıq" qəzeti və Türkiyədən yayımlanan "Azərbaycan saatı" televiziya proqramının əməkdaşıdır.
Bundan öncə də haqqında məhkəmə qərarları olub, etiraz aksiyalarında iştirakına görə 10 sutkadan artıq həbs olunub.
Seymur Həzi 2014-cü ilin avqustun 29-da Abşeron rayon polisləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Məhkəmə haqqında 5 il həbs qərarı verib
Beynəlxaq insan haqqları təşkilatları Seymur Həzinin həbsini siyasi hesab edir, onu vicdan məhbusu kimi tanıyır.





