Xəbər lenti

Səyyad Məmmədov Kukla Teatrına direktor təyin olundu
Ölkə 21:45 18.02.2025

Səyyad Məmmədov Kukla Teatrına direktor təyin olundu

Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub.


APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Səyyad Çapay oğlu Məmmədov Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyin olunub.


Qeyd edək ki, Səyyad Məmmədov bu təyinatadək Naxçıvan Dövlət Milli Dram Teatrında aktyor kimi çalışırdı.


Həmçinin o, müstəqil "Yeni Era” Uşaq və Gənclər Teatrının təsisçisi və direktorudur.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->