Misir deyildikdə ilk assosiasiyalardan biri Giza piramidaları və Sfenksdir. Piramidaların nə üçün lazım olduğu hamıya məlumdur - bunlar Misir hökmdarları üçün nəhəng məqbərələr və o dünyaya keçid qapılarıdır. Bəs Sfenks nə üçündür? Bu suala isə hamı cavab verə bilmir.
Qaynarinfo xəbər verir ki, "Sky History"in yazdığına görə, Sfenks - Giza yaylasında, məşhur piramidaların yanında yerləşən, 78 metr uzunluğunda və 20 metr hündürlüyündə əhəngdaşından yonulmuş bir heykəldir. Bu gün qəbul olunmuş nəzəriyyəyə əsasən, onu təxminən 4500 il əvvəl hakimiyyət sürmüş çar Xefrenin dövründə yaradıblar.
Qeyd etmək vacibdir ki, bu heykəl başqa yerdən gətirilməyib. O, əslində, əhəngdaşından ibarət təbii qayalığın alətlərlə yonulması nəticəsində meydana çıxıb və insan başlı şir formasını alıb.
Onu niyə yaratdıqları ilə bağlı bir neçə nəzəriyyə mövcuddur. Onlardan birinə görə, Sfenks Xefrenin öz simasını daşıyır və onun vəzifəsi çarın dəfn kompleksini qorumaqdır. Xefrenin piramidası da elə burada, Gizada yerləşir.
Tarixçi Bettani Hyuz Sfenksi "fironun məzarına nəzarət edən nəhəng keşikçi it” kimi təsvir edib.
Burada bir məqama diqqət çəkilir: ən doğrusu, "Böyük Sfenks” deməkdir. Çünki Misirdə bu kimi heykəllər tək deyil. Sfenks adlı mifoloji varlıq qədim misirlilər üçün mühüm simvol idi. Onlar üçün Böyük Sfenks tam anlaşılan bir işarə idi və piramidaların yanındakı mövcudluğu faraon məzarlarına müdaxilənin yolverilməzliyi barədə sərt xəbərdarlıq sayılırdı.
Xefren dövrünə aid edildiyini təsdiqləyən arxeoloji dəlillər mövcuddur. Lakin bu dəlillər tam etibarlı hesab edilmir və müxtəlif şəkildə şərh olunmağa açıqdır. Buna görə bəzi misirşünaslar heykəlin daha qədim dövrlərdə yaradıldığına dair əlamətlərə işarə edirlər.
Tarixçi Robert Şox Sfenks üzərində Gizanın digər abidələrində görünməyən su eroziyası izlərini müəyyən etdiyini iddia edir. Onun fikrincə, bu izlər heykəlin piramidalardan çox əvvəl, "iqlimin daha mülayim və yağıntıların daha çox olduğu bir dövrdə” yonulduğunu göstərir. Buna görə Şox əmindir ki, Sfenksi qədim misirlilərdən daha əvvəl mövcud olmuş bir sivilizasiya yaradıb.
Lakin bu nəzəriyyə də qüsursuz deyil. Sfenksdəki su eroziyası Nilin daşması ilə də əlaqəli ola bilər.
Aydın
Şərhlər