Xəbər lenti

Si Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyə bilər – Reuters
Dünya11:46 31.08.2023

Si Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyə bilər – Reuters

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin prezidenti Si Cinpin gələn həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyə bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən məlumat yayıb.
İki Hindistan rəsmisi, bir Çin diplomatı və digər G20 ölkəsinin bir hökumət rəsmisi agentliyə bildiriblər ki, toplantıda Pekini Baş nazir Li Tsian təmsil edəcək. Hindistan və Çin Xarici İşlər nazirlikləri sorğuya cavab verməyib. Agentlik mənbələri Si Cinpinin hansı səbəbdən sammitə getmədiyini bilmədiklərini söyləyirlər.
"Reuters”in məlumatına görə, Hindistanda keçirilən sammit Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında görüş yeri kimi qiymətləndirilib. "Si və Bayden arasında görüş gözləntiləri, son aylarda Pekinə səfər edən yüksək rütbəli ABŞ rəsmilərinin, o cümlədən bu həftənin əvvəlində ticarət naziri Gina Raimondonun səfəri ilə nəticələndi”, - "Reuters” yazır. Agentlik ötən həftə Çin prezidentinin Cənubi Afrika Respublikasında BRİKS liderlərinin görüşündə iştirak etməsinə diqqət yetirir. "Reuters” həmçinin qeyd edir ki, sammitə qədər Hindistanda keçirilən G20 nazirlərinin bir neçə görüşü mübahisələrə səbəb olub, belə ki, Rusiya və Çin Ukraynaya Rusiya qoşunlarının yeridilməsini pisləyən birgə bəyanatlara qarşı çıxıb. 
Qeyd edək ki, Si və Bayden sonuncu dəfə ötən ilin noyabrında Balidə keçirilən G20 sammiti çərçivəsində görüşüblər. 
G20 sammitində Rusiya prezidenti Vladimir Putin iştirak etməyəcək. Onu Rusiyanı xarici işlər naziri Sergey Lavrov əvəz edəcək. 
Nizami Bağırov