Xəbər lenti

Si Szinpin Çin ordusunun modernləşdirilməsini sürətləndirməyi əmr etdi
Dünya13:46 30.07.2023

Si Szinpin Çin ordusunun modernləşdirilməsini sürətləndirməyi əmr etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərb Döyüş Komandanlığı Zonasına baxış zamanı Çin prezidenti Si Szinpin milli ordunun modernləşdirilməsini sürətləndirməyi əmr edib. 
Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.
"Yeni dövrdə güclü ordunun yaradılması ilə bağlı ideyaları həyata keçirmək, ölkəmizin silahlı qüvvələrinin modernləşdirilməsi prosesini sürətləndirmək lazımdır”, deyə Çin lideri bildirib.
Onun sözlərinə görə, ordunun döyüş qabiliyyətini artırmaq üçün müasir texnikanı tətbiq etmək lazımdır.
Bundan əvvəl Si Cinpin Çin Xalq Azadlıq Ordusunun əsgərləri qarşısında çıxışı zamanı Çində təhlükəsizlik problemlərinin olduğunu bildirmişdi. Onun sözlərinə görə, dünya təlatüm və dəyişiklik dövrünə qədəm qoyub və buna görə də ölkədə vəziyyət daha qeyri-sabit və qeyri-müəyyənləşib.
O, həmçinin əlavə edib ki, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və qələbələr üçün imkanlar yaratmaq lazımdır.
Aydın