Dünya 17:41 26.12.2023

Si Szinpin Tayvanı Çindən ayrılmaq cəhdlərini dayandırmağa çağırdı

Çin Xalq Respublikasının sədri Si Szinpin ölkənin ilk sədri və qurucusu Mao Tszedunun anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli nitqlə çıxış edərək, Tayvanı Çindən qoparmaq cəhdlərini yatırmağa çağırıb. 

Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.

O bildirib ki, yeni dövrdə Tayvan probleminin həlli üçün partiyanın ümumi strategiyasına, "vahid Çin" prinsipinə və "1992-ci il Konsensusuna" riayət etmək lazımdır. Çin lideri əlavə edib ki, Tayvan boğazının hər iki tərəfi arasında münasibətləri inkişaf etdirmək və dinc inkişafı təşviq etmək lazımdır.

"Biz yeni dövrdə Tayvan probleminin həlli üçün Partiyanın ümumi strategiyasına sadiq olmalıyıq, "vahid Çin" prinsipinə və "1992-ci il Konsensusuna" sadiq olmalıyıq, münasibətlərin inkişafını hərtərəfli dərinləşdirməliyik və Tayvan boğazının hər iki tərəfi arasında dinc inkişafı təşviq etməliyik. Hər hansı bir qüvvənin Tayvanı Çindən ayırmaq cəhdinə qəti şəkildə qarşı çıxmaq lazımdır", deyə Si Szinpin bildirib.

Qeyd edək ki, dekabrın 23-də Tayvanın Müdafiə Nazirliyi şənbə günü adanın yaxınlığında uçan 10 Çin hərbi təyyarəsini, eləcə də Çin döyüş gəmilərini aşkar etdiyini bildirib.

O qeyd edib ki, ilk sədrin rolu "yeni Çin"in formalaşmasında, eləcə də qabaqcıl sosialist sisteminin yaradılması prosesində əsasdır.

Aydın