Sibir Federal Dairəsinin Sosial-İqtisadi İnkişaf Strategiyasının bir hissəsi olaraq ÇXR-də iki yeni dəmir yolu dəhlizinin tikintisi planlaşdırılır.
Qaynarinfo xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunmuş sənəddə bildirilir.
Birinci mərhələdə hakimiyyət Şimali Sibir Dəmiryolunu (Sevsib) yaratmaq istəyir. O, Nijnevartovskdan (Xantı-Mansi Muxtar Dairəsi) Belıyar (Tomsk vilayəti ), həmçinin Daştaqoldan (Kemerovo vilayəti) Urumçiyə (Çin ) qədər uzanacaq.
İkinci dəhliz Tuvadan keçərək perspektivli Kuraqino-Qızıl xəttini tutacaq. Bundan sonra dəmir yolu Monqolustan ərazisindən keçməlidir. Qərbdə ikinci dəhlizin marşrutu Ars-Suridən Monqolustanın Kobdo (Xovd) şəhəri və Çinin Takeşken (Takesheken) şəhərindən Urumçiyə xəttin çəkilməsini nəzərdə tutur.
Oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Şimali Sibir dəmir yolunun tikintisi məsələsinin öyrənilməsi barədə göstəriş verib. Bu məsələ ilə bağlı hesabat 2024-cü il martın 1-dək təqdim edilməlidir.
Nicat