Xəbər lenti

Siçan məsciddə çaxnaşma saldı - yaralılar var
Dünya18:15 15.07.2015

Siçan məsciddə çaxnaşma saldı - yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərakeşin Kasablanka şəhərindəki məscidlərin birində siçanın peyda olması nəticəsində yaranmış basırıq zamanı 80-dən çox insan xəsarət alıb.
Qaynar.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, xəsarət alanların çoxu qadındır.
Hadisə Qədr gecəsini keçirmək üçün məcsidə gələnlər arasında baş verib. Siçan məsciddəki qadınlardan birinin ayağının üstünə çıxdıqdan sonra çaxnaşma yaranıb. Təşviş zamanı 7 aylıq hamilə qadının ayağı sınıb. 70-dən çox qadın tibbi yardım üçün müraciət edib.
Qaynar.info