Siciliyada Avropanın ən hündür aktiv vulkanı olan Etna püskürməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "La Sicilia” qəzeti İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutuna istinadən məlumat
yayıb.
Lava püskürməsi vulkanın cənub-şərq kraterində başlayıb. Qazlar, kül, qaya parçaları və vulkanik maddələrdən ibarət lava dəniz səviyyəsindən 4,5 min m yüksəkliyə qalxır. Vulkanik tullantılar Carre və Riposto kommunalarında, o cümlədən Açireale şəhəri yaxınlığındakı Kataniya-Messina magistralında, həmçinin şərq və cənub-şərqdə dağətəyi şəhərlərdə qeydə alınır. Lakin püskürmənin hazırkı mərhələsi yaxınlıqdakı Kataniya hava limanının fəaliyyətinə hələ də təsir göstərməyib.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri püskürməni izləyirlər.
Nizami Bağırov