İndoneziyada güclü yağışın yaratdığı sel və torpaq sürüşməsi 84 nəfərin ölümünə səbəb olub.
Qaynarinfo xəbər verir ki, təkcə Papua əyalətində 79 nəfər ölüb. Yoqyakartada isə 5 nəfər həyatını itirib. Təbii fəlakət 74 nəfərin yaralanması 43 nəfərin itkin düşməsi ilə nəticələnib. 12 min nəfər sel fəlakətinin təsirinə məruz qalıb. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, yanvar ayında müşahidə edilən sel 68 nəfərin ölümünə səbəb olmuşdu.
Gülşən