Xəbər lenti

Sifariş verdiyi yeməyi dostları ilə bölüşən qadın həbs olundu
Dünya12:07 17.08.2024

Sifariş verdiyi yeməyi dostları ilə bölüşən qadın həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın İllinoys ştatında bir qadın fast food restoranında dostları ilə yeməyi paylaşdıqdan sonra həbs edilib.
Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
Avqustun əvvəlində Çikaqodan olan 28 yaşlı Şoneşa Kobbs "Applebee's"ə toyuq qanadları və xüsusi karides dadmaq üçün gedib. Restorandakı kampaniyaya əsasən, müəssisənin hər bir müştərisi 15,99 dollara qeyri-məhdud sayda qəlyanaltı ala bilər, lakin onları tək yeməlidir. Bununla belə, Kobbs sistemi aldatmaq ümidi ilə yeməyi dostlarına təklif edib. Bunu restoran işçiləri hiss edib.
Menecer qonaqlara izah edib ki, indi onların hər biri qeyd olunan məbləği ödəməlidir, lakin onlar bundan imtina edib. Daha sonra hadisə yerinə polis çağırılıb. Kobbs kampaniyanın şərtlərinin aydın olmadığını və bu səbəbdən anlaşılmazlıqlara səbəb olduğunu bildirib. Amma hüquq-mühafizə orqanlarının əməkdaşları menyuda qalın hərflərlə yazılmış bu aydınlaşdırmanı onun diqqətinə çatdırıblar.
Nəticədə münaqişəyə səbəb olan Kobbs tutularaq ştat həbsxanasına aparılıb. O, ictimai asayişi pozmaqda ittiham olunub. Amerikalı qadının dostunun daha sonra restorana qayıtdığını və hesabı tamamilə bağladığı bildirilir.
Aydın