Xəbər lenti

Silah anbarı partladı, yaralılar var - VİDEO
Dünya06:12 19.06.2013

Silah anbarı partladı, yaralılar var - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Samara bölgəsinin Privoljski Dövlət Silah Poliqonundakı silah anbarında güclü partlayış baş verib. 

Qaynar.info-nun məlumatına görə, partlayış nəticəsində 31 nəfər yaralanıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib. Ətraf ərazilərdə yaşayan 6500-dən çox insan evakuasiya edilib. 

Yayılan məlumatlara görə, poliqonun anbarında 11 milyona yaxın silah-sursat olub. 

Hazırda partlayış baş verən əraziyə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin helikopterləri yanğını söndürmək üçün göndəriliblər.

Yanğının söndürülərək, onun yaxınlıqda yerləşən Naqornı qəsəbəsinə doğru irəliləməsinin qarşısı alınıb.  

Poliqonda fövqəladə vəziyyət elan olunub. 

Qaynar.info