Şimali Kipr Türk cümhuriyyətinin sabiq baş naziri və Milli Birlik Partiyasının keçmiş sədri İrsen Kiçik vəfat edib.
Qaynarinfo-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, 79 yaşlı siyasətçi uzun müddət idi ki, ürək çatışmazlığından əziyyət çəkirdi.
O, 2010-cu ilin may ayından 2013-cü ilin iyun ayına qədər baş nazir vəzifəsini icra edib.