Xəbər lenti

Şimali Koreya 3 ballistik raket atdı
Dünya06:05 26.08.2017

Şimali Koreya 3 ballistik raket atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ ordusu Şimali Koreyanın 3 ballistik raket sınağı həyata keçirməsi barədə məlumat yayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 3 qısamənzilli ballistik raketin atıldığı və hər 3 sınağın uğursuz olduğu deyilir. ABŞ-ın Sakit okean komandanlığı açıqlama verib ki, raketlərdən ikisi havada, biri isə atılandan dərhal sonra partladılıb. 

Açıqlamada bildirilir ki, sınaqlar keçirilən ərazidə ABŞ və Cənubi Koreya qüvvələri hərbi təlim keçirirdi. 

ABŞ və Cənubi Koreya təlimlərin müdafiə məqsədi daşıdığını desə də, Şimali Koreya bu addımın onlara qarşı hücum hazırlığı olduğunu deyir. 

Qeyd edək ki, son aylarda Şimali Koreyanın raket sınaqları daha da artıb və bu, ABŞ və Şimali Koreya arasında münasibətlərin daha da pisləşməsinə səbəb olur. Lakin son sınaqların ABŞ-a təhlükə ola biləcək mənzilə sahib olmadığı vurğulanır.

Gülşən

Qaynarinfo.Az