
Şimali Koreya lideri Kim Çen İn Quam adasında yerləşən ABŞ-a aid hərbi bazaya raket hücumunu təxirə saldıqlarını bildirib.
"Qaynarinfo"nun məlumatına görə, Şimali Koreya mətbuatı məlumat yayıb ki, bu plan hələlik təxirə salınıb.
Qeyd edək ki, bu gün Kim Çen İn planı dəyərləndirdiyi və ABŞ-ın addımından asılı olaraq adaya raket hücumunun ediləcəyi bildirilmişdi.
Son dövrlər ABŞ prezidenti Donald Tramp Şimali Koreyanı raket sınaqlarına görə tənqid edir, nüvə silahı ilə hədələyirdi. Şimali Koreya isə qarşılıq olaraq Quam adasına 4 raket zərbəsi endirəcəyini iddia etmişdi.
Gülşən
Qaynarinfo.Az