Şimali Koreyada həbs edilən avstriyalı tələbə Alek Sigley azad edilib.
Qaynarinfo xəbər verir ki, Şimali Koreyanın "Kim Il-sung" Universitetində Koreya ədəbiyyatı üzrə təhsil alan tələbədən ötən həftələrdən bəri xəbər yox idi. Ailəsi A.Siqlenin həbs edildiyini bildirərək Avstraliya Xarici İşlər Nazirliyinə müraciət etmişdi.
Ölkənin baş naziri Skott Morrisonun məlumatına görə, Alek Siqley azad edilib, sağlam və təhlükəsiz şəkildə Şimali Koreyanı tərk edərək Çinə keçib.
Gülşən