Şimali Koreya ABŞ-a qarşı nüvə hücumunu gerçəkləşdirərsə, yaranacaq elekmaqnit dalğası nəticəsində ABŞ əhalisinin 90 faizi yer üzündən silinə bilər.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresi üçün hazırlanan hesabatda qeyd olunub.
Hesabatda bildirilir ki, Şimali Koreyanın təhdid yaratması üçün qitələrarası ballistik raketə sahib olmasına ehtiyac yoxdur. Pyonqyanq Cənub Qütbünə nüvə silahı göndərmək üçün raket daşıyıcılarından istifadə edə və ardınca da bunu ABŞ torpaqları üzərində partlada bilər. Əgər belə bir şey baş versə, yüksək səviyyədə elektromaqnit dalğası yaranacaq və bir il ərzində ABŞ əhalisinin 90 faizi məhv olacaq.
Qaynarinfo.Az