Xəbər lenti

Şimali Koreya Cənubi Koreya ilə ortaq əlaqə mərkəsini partlatdı
Dünya08:15 16.06.2020

Şimali Koreya Cənubi Koreya ilə ortaq əlaqə mərkəsini partlatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya ilə Cənubi Koreya arasında davam edən gərginlik fonunda Pxenyanın ortaq əlaqə ofisini partlatdığına dair məlumat yayılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyindən açıqlama verilib.
Kaesonq şəhərindən partlayış səsi eşidilib. Daha sonra hərbi mənbə Şimali Koreyanın Cənubi Koreya ilə olan əlaqə mərkəzini partlatmış ola biləcəyini söyləyib.
Nəticədə Cənubi Koreyanın Birləşmə Nazirliyi bir cümləlik açıqlama verib: "Şimali Koreya yerli vaxtla saat 14:49-da Kaesonq əlaqə ofisini partlatdı".
Qeyd edək ki, cənubdab şimala propaqanda məqsədli broşür və şarların atılması iki ölkə arasında gərginliyə səbəb olub. Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon bu səbəbdən Cənubu dəfələrlə təhdid edib.
Camal