
Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreya artıq yeni texnologiyalar istehsal etməyə başlayıb.
Qaynar.info-nun məlumatına görə, vətəndaşlarına interneti qadağan edən bu ölkə ağıllı telefonlar istehsalına başlayıb.
"Arirang" adlanan bu telefon paytaxt Pxenyandakı fabriklərin birində hazırlanıb.
Şimali Koreya xəbər agentlikləri ölkə lideri Kim Çen Unun fabrikdəki görüntülərini yayıb. Fabrikə səfəri zamanı oradakı işçilərlə söhbət edən Kim "Arirang"ın insanlatr tərəfindən qəbul edildiyini deyib.
Telefonun funksiyaları haqqında heç bir məlumat yoxdur.
Qaynar.info


