Xəbər lenti

Şimali Koreya-da fəaliyyət göstərən saytların sayı hamını təəccübləndirdi
Dünya14:28 22.09.2016

Şimali Koreya-da fəaliyyət göstərən saytların sayı hamını təəccübləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Koreya-nın baş DNS-serverindəki yaranmış problemlər nəticəsində .kp domen ərazisində nə qədər saytın fəaliyyət göstərdiyi məlum olub. 

Məlum olub ki, Şimali Koreya-da fəaliyyət göstərən saytların hamısı ilə bir neçə dəqiqə ərzində tanış olmaq olar. Belə ki, ölkədə sadəcə 28 sayt fəaliyyət göstərir. 

"Technote.az”ın "Motherboard.com”a istinadən verdiyi xəbərə əsasən Şimali Koreya-nın domen ərazisi haqqında məlumatları tədqiqatçı Mett Brayant əldə edib. O bu məlumatları Motherboard saytının mail ünvanına göndərib. Brayant-ın sözlərinə əsasən DNS serverin ayarlarını təsadüfən dəyişmişdilər. Görünür sysadmin xəta vermişdir. Adətən domen adlarının siyahısını yalnız beynəlxalq səviyyəli təşkilatlar və domen qeydiyyatçıları əldə edə bilərlər.Şimali Koreya-da olan əksər saytlar hökümətə aiddir və müəyyən dövlət orqanları tərəfindən nəzarət olunurlar. Lakin bəzi istisnalar da var. Məsələn "Friend.com.kp” (Facebook analoqu), "Air Koryo” aşiaşirkətinə məxsus sayt, "Portal.net.kp” (Yahoo analoqu), "Korfilm.com.kp” və s. 28 saytın çox hissəsi digər öəlkələr üçün deyil. Onlardan bəziləri isə çox gec yüklənirlər.Saytların çox hissəsinin dizaynı 90-cı illərin dizaynına bənzəyir.