
Şimali Koreya Cənubi Koreya ilə aralarındakı hərbi telefon xəttini kəsdiyini bəyan edib.
Qaynar.info-nun məlumatına görə, şimali koreyalı rəsmi müharibənin hər an başlaya biləcəyi vaxtda belə bir əlaqəyə ehtiyacın olmadığını söyləyib.
Cənubi Koreya isə sözügedən xəttin iki ölkə arasında birgə sənaye bölgəsi olan Kaesonqda işləyən cənubi koreyalı fəhlələrlə əlaqə saxlamaq baxımından önəmli olduğunu deyib.
Qeyd edək ki, ötən gün Şimali Koreya rəhbərliyi ABŞ-ın Quam və Havay adalarındakı hərbi bazalarını vurmaq üçün bütün raket və artilleriya sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirmişdi.
Qaynar.info