Şimali Koreya ötən ay sərhədə yerləşdirdiyi iki uzaq mənzilli raketi geri çəkib.
Qaynar.info-nun məlumatına görə, Ağ Ev administrasiyasından adının çəkilməsini istəməyən rəsmi "Reuters" agentliyinə verdiyi açıqlamasında raketlərin başqa bazaya aparılmadığını, sadəcə döyüşə hazır vəziyyətdən çıxarıldığını bildirib.
Qeyd edək ki, son bir neçə həftə ərzində Şimali Koreyanın raket sınağı həyata keçirməsi qorxusu yaşanmışdı. Cənubi Koreya hökuməti qonşusunun Sarı dəniz sahillərində hərbi təlimlərə hazırlaşması ilə bağlı məlumatlar ələ keçirmişdi.
Qaynar.info