
Şimali Koreya Cənubi Koreyanın danışıqlar stoluna oturmaq təklifini rədd edib.
Qaynar.info-nun məlumatına görə, Cənubi Koreyanın bu çağırışına Şimali Koreyanın Vətəni Sülh Yolu ilə Birləşdirmə Komissiyasının rəsmisi cavab verib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə açıqlama verən rəsmi iki ölkə arasındakı gərginliyə görə, cənubu günahlandırıb.
Onun sözlərinə görə, Cənubi Koreya Şimalı necə işğal edəcəkləri ilə bağlı hərbi əməliyyatlar keçirib, eyni millətdən olanları öz aralarında qırdırmağı planlaşdırır: "Beynəlxalq və yerli mətbuatı yanlış yönləndirdilər. İndi də dialoq çağırışı etmələri utancverici bir hərəkətdir".
Qaynar.info