Xəbər lenti

Şimali Koreya hərbi parad keçirdi
Dünya09:34 27.07.2013

Şimali Koreya hərbi parad keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1953-cü il iyulun 27-də Şimali Koreya ilə Cənubi Koreya arasında müharibəyə son qoyan sülh müqaviləsi imzalanıb. Bununla əlaqədar Şimali Koreya Respublikasında bugün atəşkəsin 60 illiyi münasibətilə böyük hərbi parad keçirilib.

ANSPRESS-in BBC-yə istinadən verdiyi məlumata əsasən, parad Koreya dövlət televiziyası vasitəsilə işıqlandırılıb.

Parada baxmağa gələn tamaşaçılar gənc dövət başçısı- Kim Jong Una hörmət əlaməti olaraq şüarlar səsləndiriblər.

Cənubi Koreyada isə atəşkəsin 60-cı ildönümü münasibətilə ölkə başçısı-xanım Park Kin Xe çıxış edib. “Həqiqi dəyişiklik və inkişaf yoluna başlamaqçün, mən Şimali Koreyanı nüvə silahı hazırlamaqdan əl çəkməyə çağırıram.”,- deyə çıxışında xanım prezident qeyd edib.

Qaynar.info