Xəbər lenti

Şimali Koreya ilə Cənubi Koreya arasında gərginliyə səbəb olan fəal saxlanıldı
Dünya09:02 26.06.2020

Şimali Koreya ilə Cənubi Koreya arasında gərginliyə səbəb olan fəal saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali və Cənubi Koreya arasında böyük böhrana səbəb olan cənubi koreyalı fəal Park Sanq-hak saxlanılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onun barəsində Koreya yarımadasında düşmənliyə səbəb olmaq və sərhədə yaxın ərazilərdə yaşayan şəxslərin həyatını təhlükəyə atmaq ittihamı ilə cinayət işi açılıb. Parkın ev və ofisindəki axtarış zamanı çox sayda sənəd və broşüra ələ keçirilib.
Şimali koreyalı miqrant olan Park illərdir şimala şarla broşüra göndərən "Azad Şimali Koreya Döyüşçüləri" adlı etirazçı qrupa liderlik edirdi. Onun fəaliyyəti bu ayın əvvəlində iki ölkə arasında gərginliyin artmasına səbəb olmuş, Pxenyan Seulu sözügedən broşüraların atılmasının qarşısını ala bilməməkdə günahlandırmışdı. Bu səbəbdən Şimali Koreya iki ölkə arasındakı əlaqə ofisini də partlatmışdı.
Camal