Xəbər lenti

Şimali Koreya lideri Cənubi Koreya heyəti ilə görüşdü
Dünya10:24 06.03.2018

Şimali Koreya lideri Cənubi Koreya heyəti ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreya lideri Mun Çey İnin Şimali Koreyaya göndərdiyi heyətlə bu ölkə rəhbəri bir araya gəlib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, görüşdə Şimali Koreya lideri Kim Çen İn və heyət arasında iki ölkənin yenidən birləşməsi və daha yaxın əlaqələrin qurulması məsələləri müzakirə edilib. 
Heyət bu həftə ərzində Vaşinqtona gedərək görüşün nəticələrini ABŞ rəsmiləri ilə müzakirə edəcək. 
Qeyd edək ki, qısa müddət əvvəl Şimali Koreya Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında iştirak üçün nümayəndə heyəti göndərmişdi. Hadisə iki ölkə arasındakı dialoqun daha da genişlənməsinə səbəb oldu.
Gülşən