Xəbər lenti

Şimali Koreya lideri siqareti tərgitdi
Dünya20:30 20.05.2016

Şimali Koreya lideri siqareti tərgitdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Koreya lideri Kim Çen İn siqaret çəkməkdən imtina edib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kim Çen İn Şimali Koreya martın ortalarında ballistik raket sınağını keçirdiyi vaxtdan etibarən ictimaiyyət arasında siqaretlə görüntülənməyib.

Cənubi Koreyadakı mənbələrin məlumatına görə, 33 yaşlı lider bunu milli antisiqaret kampaniyasına dəstək məqsədilə edib.

Qeyd edək ki, Kim Çen İn siqaret aludəçisi olub və bir çox rəsmi fotolarda əlində siqaretlə görüntülənib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Şimali Koreya kişilərinin yarısından çoxu siqaret çəkir. Ölkədə tütün məhsullarına qarşı mübarizədə nikotin tərkibli saqqızlar və həblər paylamaq planlaşdırılır.

Qaynarinfo.az