
Şimali Koreya hakimiyyətinin beynəlxalq ölçü vahidlərinə keçməyə hazırlaşdığı bildirilib.
Qaynar.info-nun məlumatına görə, ölkə lideri Kim Yonq Un bəzi kiçik islahatlara imza atmağa başlayıb.
Cənubi Koreya xəbər agentliyi "Yonhap" gənc liderin beynəlxalq ölçü vahidlərinə keçilməsi ilə bağlı əmr verdiyini bildirib.
Xəbərdə Şimali Koreyada nəşr olunan "Mədəniyyət Dil Maarifi" adlı jurnaldakı bir yazı mənbə kimi göstərilərək, Kimin beynəlxalq ictimaiyyətə inteqrasiya üçün belə bir şey istədiyi qeyd olunub.
Qeyd edək ki, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbərlərində beynəlxalq vahidlərə yer versə də, xalq hələ də gündəlik yaşayışlarında özlərinə məxsus ölçü vahidlərindən istihadə edir.
Qaynar.info