Şimali Koreya rəsmiləri ölkədə koronavirusun yayılması barədə ilk dəfə danışıb.
Qaynarinfo xəbər verir ki, bu haqda vətəndaşlarla açıq mühazirələr zamanı məlumat verilib.
Məlub olub ki, hələ mart ayının sonunda ölkədə COVID-19 hadisələri təsdiqlənib.
Maraqlıdır ki, bu xəbər KXDR rəhbəri Kim Çen İnin virusa yoluxan xəstə vətəndaşlar barədə məlumatları təkzib etməsindən sonra ortaya çıxıb. Buna qədər Pxenyan rəsmi açıqlamalarında COVID-19 ilə bağlı təsdiqlənmiş bircə halın belə olmadığını iddia edib.
Mühazirəçilər koronavirus hadisələrinin Hvanhenin cənub əyaləti olan Pxenyanda, həmçinin şimali Hamge əyalətində təsdiqləndiyini dilə gətiriblər. Bununla belə onlar yoluxma hallarının sayını açıqlamayaıblar.
Alpər