Xəbər lenti

Şimali Koreya nüvə sınaq sahəsini may ayında bağlayacaq
Dünya09:25 29.04.2018

Şimali Koreya nüvə sınaq sahəsini may ayında bağlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya lideri Kim Çen İn may ayında nüvə sınaq ərazisini bağlayacaq.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Çey İn məlumat verib. Bağlanış mərasimi media nümayəndələrinin dəvəti ilə bütün dünyaya göstəriləcək. Cənubi Koreya və ABŞ-dan prosesi izləmək üçün mütəxəssislərin dəvəti istisna edilmir. 
Şimali və Cənubi Koreya liderlərinin 27 apreldə baş tutan görüşündə nüvə silahlarından imtina barədə qərar qəbul edilib. İki ölkə bu il 1950-1953-cü illərdə davam etmiş Koreya müharibəsini rəsmi şəkildə sonlandıracaqlar.
ABŞ prezidenti Donald Tramp isə 3-4 həftə içində Kim Çen İnlə görüşəcəyini açıqlayıb.
Gülşən