Xəbər lenti

Şimali Koreya prezidentini kim idarə edir?
Dünya11:08 08.04.2013

Şimali Koreya prezidentini kim idarə edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bütün dünya nüvə hücumu təhdidləri ilə hər kəsi qorxuya salan Şimali Koreya lideri Kim Yonq Un haqqında danışır. 

Qaynar.info-nun məlumatına görə, İngiltərənin "Daily Mail" qəzeti Koreya lideri ilə bağlı şok iddia ortaya atıb. Qəzetin ortaya atdığı iddiada bildirilir ki, ölkənin rəhbəri Kim Yonq Un olsa da, əslində hakimiyyəti onun bibisi idarə edir. 

"Daily Mail" bu məlumatı adını çəkmək istəmədiyi Şimali Koreya rəsmisindən aldığını bildirib. 

Qeyd edək ki, Şimali Koreya diktatoru Kim Yonq İl 2011-ci ildə vəfat etdikdən sonra hakimiyyətə oğlu Kim Yonq Un gəlmişdi. Dünyanın tanımadığı gənc siyasətçi nüvə gücünə sahib olan bir lider kimi siyasi səhnəyə daxil ola bilmişdi.

Qaynar.info