
Şimali koreya ordusu nüvə silahlarından istifadə etməklə ABŞ-a qarşı hərbi əməliyyata başlamaq üçün əmr aldığını bildirib.
Qaynar.info-nun məlumatına görə, Şimali Koreyanın KCNA xəbər agentliyi yaydığı açıqlamada Baş qərargah rəisinin ABŞ-ın təhdidlərinə nüvə silahı ilə cavab veriləcəyi ilə bağlı Vaşinqtona rəsmi bildiriş göndərdiyi bildirilib.
Açıqlamada Şimali Koreya qüvvələrinin sərt əməliyyatının qəti olaraq təsdiqləndiyi qeyd olunub.
Qaynar.info